Hindistanın Maharaştra ştatında koronavirusun “delta plus” adı almış ştammının yeni növü aşkarlanıb.
AzerTimes-ın “İnterfaks”a istinadən verdiyi məlumata görə, “delta plus” ştammının yeni növünə ümumilikdə 20 yoluxma halı qeydə alınıb.
Məlumata əsasən, yoluxma halları ştatın 4 rayonunda – Sindhudurq, Ratnaqir, Palqar və Calqaone rayonlarında qeydə alınıb.
Ştatın səhiyyə naziri Raceş Tope sözügedən məsələni müzakirə etməkdən imtina edib.