Koronavirusun “alfa”, “beta” və “qamma” ştammlarına nadir hallarda rast gəlinir – ÜST

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) “omikron” və “delta”
ştammlarını narahatlıq doğuran “hal-hazırda dövriyyədə olan”
koronavirus variantları qrupuna, “alfa”, “beta” və “qamma” isə “əvvəllər dövriyyədə olan” ştammlar qrupuna daxil edib.

AzerTimes-ın məlumatına görə, bu barədə ÜST-ün Cenevrədəki
qərargahından bildiriblər.

Qeyd olunub ki, iki qrupa bölünməsi onunla bağlıdır ki, “alfa”, “beta” və “qamma” ştammlarına indi olduqca nadir hallarda rast
gəlinir.

“Son altı ayda narahatlıq doğuran “alfa”, “beta” və “qamma”
variantlarının dövriyyəsində ​​əhəmiyyətli azalma müşahidə olunub”,
– deyə ÜST-nin baş qərargahı bildirib.