Xəbər - Çingiz Səfərli – Trend:
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına və Nazirlər Kabinetinin müvafiq qərar və sərəncamlarına uyğun olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən 2021-ci ilin iyul və avqust ayları ərzində yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinə iş vaxtına/saatına mütənasib olaraq təxminən 7.7 milyon manat, qeyri-tibb işçilərinə isə 1.1 milyon manata yaxın müddətli əlavə ödənilib.
Bu barədə Trend-ə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.
Nazirlər Kabinetinin müvafiq sərəncamına əsasən yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan tibb işçilərinə cari ilin iyul və avqust ayları üzrə iş vaxtına/saatına mütənasib olaraq 4639.12 manat məbləğində müddətli əlavə ödənilib. Yekun məbləğdən işçi tərəfindən ödənilməli olan əməkhaqqına dair bütün tutulmalar hesablanır.
Könüllülərə adambaşına aylıq 250 manat olmaq şərtilə, iyul və avqust ayları üzrə 7500 manat məbləğində mükafat ödənilib. Bu məbləğdən əməkhaqqına dair tutulmalar hesablanmır.
Tibb və qeyri-tibb tibb işçilərinə, eləcə də könüllülərə qeyd edilən aylar üzrə ödənilən müddətli əlavə və mükafatların məbləği aşağıdakı kimidir:
Aylar |
Dövlət tibb müəssisələri üzrə |
Özəl tibb müəssisələri üzrə |
Könüllülər üzrə |
Cəmi |
|
Tibb işçiləri |
Qeyri-tibb işçiləri |
||||
İyul |
3 364 510.34 AZN (4946 nəfər) |
563 470.25 AZN (1616 nəfər) |
1318.87 AZN (1 nəfər) |
4 250 AZN (17 nəfər) |
3 933 549.46 AZN (6580 nəfər) |
Avqust |
4 334 358.84 AZN (4789 nəfər) |
508 269.02 AZN (1107 nəfər) |
3320.25 AZN (2 nəfər) |
3 250 AZN (13 nəfər) |
4 849 198.11 AZN (5911 nəfər) |
Məlumat üçün bildirək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 oktyabr 2021-ci il tarixli 298 nömrəli Qərarına əsasən yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqqılarına müddətli əlavələrin ödənilməsi 2021-ci il noyabrın 1-dək uzadılıb.
Twitter: @cingizsafarli