Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına və
Nazirlər Kabinetinin müvafiq qərar və sərəncamlarına uyğun olaraq
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən
2022-ci ilin yanvar və fevral ayları ərzində yeni növ koronavirus
infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinə
iş vaxtına/saatına mütənasib olaraq təxminən 14,2 milyon manatdan
çox, qeyri-tibb işçilərinə isə 2,9 milyon manata yaxın müddətli
əlavə ödənilib.
Nazirlər Kabinetinin müvafiq sərəncamına əsasən yeni növ
koronavirus infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl
tibb müəssisələrində çalışan tibb işçilərinə cari ilin yanvar və
fevral ayları üzrə iş vaxtına/saatına mütənasib olaraq 7
855,85 manat məbləğində müddətli əlavə ödənilib. Yekun
məbləğdən işçi tərəfindən ödənilməli olan əməkhaqqına dair bütün
tutulmalar hesablanır.
Könüllülərə adambaşına aylıq 250 manat olmaq
şərtilə, yanvar və fevral ayları üzrə 1000 manat
məbləğində mükafat ödənilib. Bu məbləğdən əməkhaqqına dair
tutulmalar hesablanmır.
Tibb və qeyri-tibb tibb işçilərinə, eləcə də könüllülərə qeyd
edilən aylar üzrə ödənilən müddətli əlavə və mükafatların məbləği
aşağıdakı kimidir:
Aylar |
Dövlət tibb müəssisələri üzrə |
Özəl tibb müəssisələri üzrə |
Könüllülər üzrə |
Cəmi |
|
Tibb işçiləri |
Qeyri-tibb işçiləri |
||||
Yanvar |
7,430,140.47 AZN (6 526 nəfər) |
1,462,409.52 AZN (2 516 nəfər) |
4 540.59 AZN (2 nəfər) |
500.00 AZN (2 nəfər) |
8,897,590.58 AZN (9 046 nəfər) |
Fevral |
6,808,276.29 AZN (5 717 nəfər) |
1,423,451.14 AZN (2 236 nəfər) |
3 315.26 AZN (2 nəfər) |
500,00 AZN (2 nəfər) |
8,235,542.69 AZN (7 957 nəfər) |
CƏMİ: |
14,238,416.76 AZN (12 243 nəfər) |
2,885,860.66 AZN (4752 nəfər) |
7 855.85 AZN (4 nəfər) |
1 000,00 AZN (4 nəfər) |
17,133,133.27 AZN (17 003 nəfər) |
Qeyd olunmalıdır ki, dövlət və özəl tibb müəssisələri tərəfindən
göndərilən siyahılara uyğun olaraq Agentlik tərəfindən yanvar və
fevral ayları üzrə müddətli əlavələrin ödənilməsi davam edir.
Məlumat üçün bildirək ki, Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2 aprel 2022-ci il tarixli 121 nömrəli Qərarına əsasən
yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə
tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli
əlavələrin ödənilməsi 2022-ci il mayın 1-dək uzadılıb.