Koronavirusla bağlı müraciətlər xeyli azalıb

Xəbər - Çingiz Səfərli – Trend:

Koronavirusla bağlı müraciətlər xeyli azalıb.

AzerTimes xəbər verir ki, bunu Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməliyyat işləri üzrə baş həkimin müavini Nuridə Fərzəliyeva Səhiyyə Nazirliyinin “Instagram” səhifəsində canlı yayımda deyib.

Onun sözlərinə görə, son günlərdə koronavirus yoluxmaların sayında da azalma olub.


“Ağırlaşmalar azdır. Kəslkin respirator xəstəlik səbəbindən hərarətlə bağlı müraciətlər olur. Bunlar mövsümi qriplə bağlıdır. Əslində müraciətlərin olması müsbət bir haldır. Hər insan özündə müəyyən əlamətlər hiss edirsə, klinikaya və ya təcili yardıma müraciət edir. 2 ildir pandemiya davam edir. Bu, onu göstərir ki, insanlar artıq maariflənib”, – deyə o vurğulayıb.

Teqlər: