Koronavirusla bağlı metroda yoxlamalara başlanılıb?

Son günlər Bakı metrosunda polis əməkdaşları tərəfindən aparılan
yoxlamalar daha da gücləndirilib.

Trend xəbər verir ki, xüsusi yoxlama cihazından əlavə, polislər
metroya daxil olan vətəndaşlardan şəxsiyyət vəsiqələrini də tələb
edirlər.

Məsələ ilə bağlı AzerTimes-ın sualını cavablandıran Daxili İşlər
Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad
Hacıyev bildirib ki, həmin yoxlamalar metroya daxil olan COVID-19
xəstələrinin müəyyən edilməsi üçündür. Bu yoxlamalar metroya daxil
olarkən aparılır və kütləvi deyil.

Qeyd edək ki, Operativ Qərargahdan verilən məlumata görə, dünən
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 5
yeni yoluxma faktı qeydə alınıb, 8 nəfər müalicə olunaraq
sağalıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış
şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 792 673 nəfər koronavirus
infeksiyasına yoluxub. Onlardan 782 912 nəfər müalicə olunaraq
sağalıb, 9 709 nəfər vəfat edib, 52 aktiv xəstə sayı nəfərdir.

Teqlər: