Koronavirusdan xilas yolu peyvənd olunmaqdan keçir

Dünyanı bürüyən Covid-19 bəlasından qurtarmaq üçün tibb alimləri bir neçə vaksin kəşf ediblər.

Dünyada və ölkəmizdə istifadə olunan peyvəndlərdən biri də, Çində istehsal olunan Sinovac şirkətinin ” CoronaVac” peyvəndidir. Sinovac peyvəndini Azərbaycan, Ukrayna, Türkiyə və bəzi digər ölkələr seçib.

Bu peyvənddən istifadə edən ölkələr bu vaksinin müsbət nəticələrini görməyə başlayıb. Koronavirusa yoluxma azalıb. “CoronaVac” vaksini iki dozada vurulur.

Pozitiv nəticə əldə edən ölkələrdən biri də İndoneziyadır. Bu peyvənddən istifadə edən ölkələr vaksinin müsbət nəticələrin görməkdədir. İndoneziya indiyədək 76 milyon peyvənd alıb ki, bunun 90% faizdən çoxu “CoronaVac”-dır və rəqəmlər göstərir ki təsiri çox müsbət olub.

Azərbaycanda vaksinasiya prosesinə yanvar ayının 18-dən başlanıb.

Bu gün də əhalinin peyvəndlənməsi tam sürətilə davam edir. Pandemiyaya qalib gəlmək üçün hamımız əlimizdən gələni etməliyik. Qoyulan qadağalara əməl etməliyik ki, bu bəladan daha tez qurtulaq. Arzumuza çatmaq, səhhətimizi qorumaq üçün peyvənd olunmaq mütləqdir.


Təəssüf ki, ilk vaxtlar insanlarımız peyvəndə bir qədər ciddi yanaşmırdılar. Bu gün artıq belə deyil. Vətəndaşlarımız könüllü olaraq növbəyə yazılırlar. Çünki peyvəndin müsbət təsirini görür və anlayırlar ki, pandemiyadan qurtulmağın tək yolu peyvənd olunmaqdan keçir.

Ölkəmizdə geniş tətbiq olunan Sinovac peyvəndi müsbət effekt verməkdədir. Peyvənd ikinci dozadan sonra hər üç nəfərdən ikisini qoruyur. Eyni zamanda, covid xəstələrinin xəstəxanaya düşməsini 85%, reanimasiya düşməsini 89%, ölüm hallarını 80% azaldır.

Azərbaycanda kütləvi peyvəndləmə başlayandan koronavirusa yoluxma sayı da azalıb. Bu da Sinovac peyvəndinin effektiv olduğunu sübut edir. Koronavirusa yoluxma halının azalması insanlarımızı arxayın salmamalıdır. Kim peyvənd olunmayıbsa peyvənd olunmalıdır. Gigiyenik qaydalara riayət edilməlidir.

Gəlin birlikdə bizim sağlamlığımız üçün qoyulan tələblərə əməl edək.

Fərid Zöhrabov
Trend

Teqlər: