Xəbər - Samir Əli – Trend:
COVİD – 19-a qarşı iki doza alan və xəstəliyi yüngül keçirən şəxslərin xəstəxanaya yatırılmasına ehtiyac yoxdur.
AzerTimes-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.
O bildirib ki, “Delta” ştammının ağır xəstəliklərə səbəb olması ilə bağlı hələ heç bir elmi sübut yoxdur: “Baş verən fəsadlar sadəcə müşahidələrdir. Amma buna baxmayaraq mümkün qədər arxayınlaşmayaq. Peyvəndin kütləviliyi də artırılmalıdır, çünki bu xəstəlikdən qurtulmağın yeganə çıxış yolu vaksinasiyadır”.