Koronavirusdan ölüm hallarının sayı rəsmi rəqəmləri 2 və ya 3 dəfə üstəliyə bilər .
AzerTimes-ın “Reuters”ə istinadən verdiyi məlumata görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndəsi deyib.
ÜST-nin səhiyyə sahəsində dünya statistikası üzrə illik hesabatına əsasən, 2020-ci ildə pandemiyadan ölənlərin ümumi sayı azı 3 milyon nəfərə çatıb, bu isə rəsmi rəqəmlərdən 1,2 milyon nəfər daha çoxdur.
ÜST-nin baş direktorunun məlumat, nəticələrin analitikası və qiymətləndirilməsi üzrə köməkçisi Samirə Əsma bildirib ki, Latın Amerikası və Asiyada yoluxmaların artdığını nəzərə alsaq, ölümlərin ümumi sayı, statistikanın nəzərə aldığından iki və ya üç qat daha çox ola bilər.
Qeyd edək ki, rəsmi məlumatlara əsasən, pandemiya başlayandan dünyada koronavirusa təxminən 165,6 milyon nəfər yoluxub, 3,4 milyon nəfəri isə koronavirusdan ölüb.