Koronavirusa yoluxmadan sonra saç müalicəsi vacibdir

COVID-19 keçirdikdən sonra getdikcə daha çox insan intensiv saç tökülməsi ilə üzləşir. İnsanlar sosial şəbəkələrdə infeksiyadan sonra saçlarının vəziyyətinin necə pisləşdiyini açıq şəkildə nümayiş etdirərək, hekayələrini paylaşarlar. Klinikalar və həkimlər bu nəzəriyyəni təsdiq edirlər.

2020-ci ilin aprel və iyun ayları arasında İtaliya və Türkiyədə Google Trends istifadə edərək ictimai dermatoloji maraqların onlayn qiymətləndirilməsi göstərdi ki, “saç tökülməsi” hər iki ölkədə ən məşhur terminlərdən biridir. Eyni zamanda saç tökülməsi ilə bağlı ictimai narahatlıqların artması və COVID-19 hallarının artması bir əlaqəyə işarə ola bilər. Çox güman ki, COVID-19-un ya patogen aspektləri, ya da psixiatrik ağırlaşması saç tökülməsiniə və ya ağırlaşmasına səbəb ola bilər.

Bəzi COVID-19 simptomları sağaldıqdan sonra da qala bilər. Onlar tənəffüs problemlərindən tutmuş dad və qoxu itkisinə qədər dəyişir. Sağlamlıq mütəxəssisləri saç tökülməsinin və ya incəlməsının də baş verə biləcəyini deyirlər. Üstəlik, peyvənddən sonra da saç tökülməyə davam edə bilər.

Həkimlərin fikrincə saçların seyrelməsi tez-tez təsadüf edilən bir simptomdur və daha çox virusdan sağalan xəstələrdə müşahidə olunur.

Bu simptomlar hər yaşda həm kişilərdə, həm də qadınlarda yarana bilər və adətən virusa yoluxduqdan iki-üç ay sonra aşkar olunur.

Bu qadınların çoxunda duş qəbul etdikdən və ya saçlarını daradıqdan sonra saç telləri tökülür. Amerika Dermatologiya Akademiyasına görə, bu cür keçəllik düşündüyümüz qədər gözlənilməz deyil.

COVID-19, digər virus infeksiyaları kimi, immuniteti təhrik edir və bununla da otoimmün reaksiyaları stimullaşdırır.


2019-cu il koronavirus xəstəliyinin (COVID-19) yayılması bir sıra dermatoloji xəstəliklərin, o cümlədən diffuz saç tökülməsinin hallarını artırıb. Araşdırmalar göstərir ki, COVID-19 olan xəstələrdə keçəlləşmə halları artıb. Psixoloji stress, sistemli iltihab və oksidləşdirici stress potensial günahkarlardır. Proteoqlikanların azalmış anagen ifadəsi saç tökülməsini COVID-19 kimi kritik sağlamlıq vəziyyəti ilə əlaqələndirən potensial vasitəçidir. iltihab əleyhinə sitokinlər və stress hormonları saç uzanması dövrünün tanınmış tənzimləyiciləri olan proteoqlikanların normal metabolizmasına mənfi təsir göstərir..

İspaniya və Hindistanda aparılan klinik tədqiqatlar, eyni yaşda olan yoluxmamış əhali ilə müqayisədə xəstəxanaya yerləşdirilən COVID-19 xəstələrində saç tökülməsinin daha çox rast gəlindiyini və şiddətini göstərdi. İlk açıq ilkin tədqiqat SARS-CoV-2 ikitərəfli pnevmoniya diaqnozu ilə (orta yaş = 58 yaş) İspaniyada xəstəxanalara yerləşdirilən 41 avropeoid irqli kişilər üzərində təsviri tədqiqat olub. Xəstələrin 71 faizinə əhəmiyyətli dərəcədə saç tökülməsi diaqnozu qoyulmşdu, onlardan 39 faizində ciddi şəkildə zədələnmə olmuşdu.Nəticə etibarilə, bu günə qədər mövcud olan məlumatlar xəstəxanaya yerləşdirilən COVID-19 xəstələri arasında saç tökülməsinin əhəmiyyətli dərəcədə daha yüksək yayılmasını və şiddətini göstərir. Çinin Uhan şəhərində COVID-19-un yayılması və klinik nəticələrinin faktorlarını araşdırmaq üçün böyük bir araşdırma aparılıb. Evə çıxdıqdan üç-dörd ay sonra, alopesiya COVID-19 sağalmış xəstələrinin ən çox görülən şikayətlərdən biri idi və daha çox qadınlar tərəfindən bildirildi.

Əgər siz də oxşar problemlə qarşılaşmısınızsa, dərhal müalicəyə başlamanızı və saçınızın əvvəlki gücünü və qalınlığını bərpa etməyi məsləhət görürük. ASTHETIK LAB estetik kosmetologiya klinikasında mütəxəssislərimiz saçlarınızın vəziyyətini diaqnostika edib müalicə üsulu seçəcəklər. Klinikamızda baş dərisi, saç tökülməsi problemlərinin müalicəsi və saç örtüyünun vəziyyətinin yaxşılaşdırılması üçün mayeqaz pilinq üsulundan istifadə uğurla həyata keçirilir. Həmçinin bizimlə siz saç üçün mikrotok və lazer terapiyası, fotoxrom müalicəsi, həm inyeksiya, həm də aparat mezoterapiyasından keçə bilərsiniz.

ÄSTHETIK LAB klinikasının mütəxəssisləri dərinizin qayğısına qalacaqlar. Almaniyanın müasir avadanlığı ilə təchiz olunmuş klinika üç korpusdan, 100 -dən çox prosedur otağından ibarətdir. Klinikanın əsas istiqamətləri aparat kosmetologiyası və trixologiyadır. Klinikada 100 -dən çox mütəxəssis çalışır.

Ünvan: Koroğlu Rəhimov küçəsi, 47

Prosedurlara qeyd edilmiş əlaqə nömrələri ilə qeydiyyatdan keçə bilərsiniz: +994125555534, +994504000303

Teqlər: