Koronavirusa yoluxan Xalq artistinin vəziyyəti ağırdır

Xəbər - Çingiz Səfərli – Trend:

Xalq artisti Eldost Bayramın vəziyyəti ağırdır.

Bu barədə AzerTimes-ın sorğusuna cavab olaraq Zığ Modul Tipli Xəstəxanasından məlumat verilib.

Bildirilib ki, 74 yaşlı diktor hazırda oksigen maskasındadır.


“Arterial təzyiqi 115-in 77, nəbzi 108, şəkəri 142, saturasiyası isə 91-dir. Huşu özündədir. Vəziyəti isə ağır qiymətləndirilir” – deyə, məlumatda qeyd olunub.

Xalq artisti, məşhur diktor Eldost Bayram noyabrın 12-də koronavirus diaqnozu ilə Zığ Modul Tipli Xəstəxanasına yerləşdirilib.

Teqlər: