Baki. İlhamə İsabalayeva – Trend:
Fevralın 1-dən ötən dövr ərzində 164 ibtidai sinif şagirdi COVİD-19-a yoluxub.
AzerTimes-ın məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev bildirib.
Nazirin sözlərinə görə, 5-9 sinif üzrə 282 şagirdə yoluxma qeydə alınıb. Ümumilikdə, 717 məktəb heyəti virusa yoluxub. 714 nəfər işçi heyətdə yoluxma olub: “Təbii ki, yoluxmaların hamısı məktəbdə baş verməyib”.
Nazir əlavə edib ki, 626 sinif distant tədirə keçib. Onların 233-ü əyani tədrislə məşğuldur. Hazırda 48 məktəb distant tədrisə keçib.