Xəbər - Humay Ağacanova – Trend:
Son həftələr koronavirusa yoluxan gənc insanların vəziyyətinin daha tez ağırlaşması müşahidə olunur.
AzerTimes-ın məlumatına görə, bu sözləri tibb üzrə fəlsəfə doktoru, infeksionist Vüqar Cavadzadə deyib.
O qeyd edib ki, hazırda ölkədə koronavirusun “Delta” variantı yayılmaqda davam edir:
“”Delta” variantına yoluxan zaman gənclərdə yüksək hərarət davam edir, xəstəliyin ilk həftəsindən ağciyərlər geniş həcmdə zədələnir. Kompüter tomoqrafiyası (KT) müayinəsində ağciyərlərin 70-80, hətta 90% zədələnməsi aşkar edilir.”
Qeyd edək ki, son rəsmi statistikaya görə, Azərbaycanda koronavirusa yoluxanların 16 faizi 20-29 yaş, 21 faizi isə 30-39 yaş arası gənclərdir.