Beynəlxalq dərman şirkətləri tərəfindən koronavirusa qarşı yeni dərmanların təqdimatı olub, müzakirəsi aparılır.
Trend xəbər verir ki, bunu Səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev Operativ Qərargahın növbəti brifinqində çıxışı zamanı deyib.
“Bəzi ölkələrdə həmin dərmanlar qeydiyyatdan keçib, bəzi ölkələrdə isə artıq bu dərmanların tədarükünə başlanılıb. Lazımi elmi məlumatlar toplandıqdan, nəticələr məlum olduqdan sonra həmin dərmanlar Azərbaycana da gətiriləcək”, – deyə T.Musayev bildirib.