Xəbər - Çingiz Səfərli – Trend:
Koronavirusa yoluxub sağalmış insanların qanında yaranan antitellər “Delta” ştammına qarşı da effektlidir.
Bunu AzerTimes-a açıqlamasında infeksionist Vüqar Cavadzadə deyib. Onun sözlərinə görə, koronavirusa yoluxub sağalmış insanların da “Delta”ya yoluxma ehtimalı var.
“Ümumiyyətlə, koronavirusa yoluxan insanın 6 ay sonra təkrar yoluxma ehtimalı var. Çünki koronavirusa yoluxan insanın qanında yaranan antitellər 6 ay müddətində qalır, sonra isə tədricən azalmağa doğru gedir və itir. Koronavirusa yoluxub sağalmış insanların qanında yaranan antitellər əlbəttə ki, “Delta” ştammına qarşı müəyyən qədər qoruyuculuq xüsusiyyəti daşıyır. “Delta”nın özünə yoluxan şəxslər isə 6 ay sonra yenidən “Delta”ya yoluxa bilərlər” deyə, o bildirib.