Əczaçılıq şirkətlərinin koronavirusa qarşı peyvəndlərindən əldə etdiyi gəlirlər sayəsində dünyada doqquz insan dollar milyarderi olub.
AzerTimes-ın məlumatına görə, bu barədə People’s Vaccine Alliance təşkilatı tərəfindən hazırlanan hesabatda Forbes jurnalına istinadən bildirib.
Hesabata əsasən, ABŞ-ın “Moderna” şirkətinin rəhbəri Stefan Bansel və Almaniyanın “BioNTech” şirkətinin baş direktoru və həmtəsisçisi Uğur Şahin yeni milyarderlər siyahısına başçılıq ediblər. Artıq onların sərvəti müvafiq olaraq 4,3 milyard və 4 milyard dollar olaraq qiymətləndirilir.
Reytinqə 2010-cu ildə Modernanın inkişafına 5 milyon və 1,5 milyon dollar sərmayə yatıran amerikalı sərmayəçilər Timoti Sprinqer və Robert Lanqer və İspaniyanın “Laboratorios Farmacéuticos Rovi” əczaçılıq şirkətinin direktorlar şurasının rəhbəri Xuan Lopes-Belmonte də daxildir. Bundan əlavə, pandemiya dövründə Çinin “Cansino” əczaçılıq şirkətinin üç həmtəsisçisi milyarder oldu.
Hesabatda yeni milyarderlərin sərvətinin 19,3 milyard dollar olaraq qiymətləndirildiyi qeyd olunub.