Koronavirusa qarşı ikinci doza vurulmazsa, nə olar? – AÇIQLAMA

Xəbər - Ceyhun Ələkbərov – Trend:

Vətəndaş ikinci dozanı vurdurmarsa, birinici dozanın əhəmiyyəti itəcək.

Bunu AzerTimes-ın sualına cavab olaraq Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib. Onun sözlərinə görə, immunitetin effektli olması üçün vətəndaş hər iki dozanı vurdurmalıdır:

“İnsan bədənində əhəmiyyətli immunitetin yaranması üçün vaksinin hər iki dozası vurulmalıdır. Yalnız biri vurularsa, bu, əhəmiyyətini itirmiş olacaq”.


T. Eyvazov qeyd edib ki, vətəndaş ikinci dozanı 28 gün ərzində vurdurmalıdır: “Az müddət keçəndən sonra da vurdura bilər, ancaq çox ara verilərsə, o zamanda yenidən birinci doza vurulmalıdır”.

Teqlər: