Xəbər - Çinigiz Səfərli – Trend:
Ölkədə COVID-19-a yoluxanların yaş qrupları üzrə bölgüsü açıqlanıb.
AzerTimes-ın “koronavirusinfo.az”a istinadən məlumatına görə, virusa ən çox yoluxanlar 21 faiz olmaqla 30-39 yaş arası şəxslərdir.
Bu rəqəm 0-9 yaş arası uşaqlarda 3, 10-19 yaş arası uşaq və yeniyetmələrdə 6, 20-29 yaş qrupunda 16, 40-49-yaş qrupunda 15, 50-59 yaşlı şəxslərdə 18, 60-69 yaşlı şəxslərdə 15, 70-79 yaşlı şəxslərdə 4, 80-dən yuxarı yaş qrupunda isə 2 faizdir.
Qeyd edək ki, ölkə üzrə 485 min 987 nəfər koronavirusa yoluxub, 6573 nəfər həyatını itirib. Hazırda aktiv xəstə sayı 14 min 803 nəfərdir.
Twitter: @cingizsafarli