Koronavirus xəstələrinə xidmət göstərən tibb işçilərinin maaşlarına əlavənin müddəti uzadıldı

Xəbər - Humay Ağacanova – Trend:

Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində COVID-19 infeksiyasına yoluxmuş xəstələrə ambulatorpoliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti uzadılıb.

Trend xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.


Qərara əsasən, tibb işçilərinin əməkhaqlarına verilən əlavənin ödənilməsi müddəti 2022-ci il yanvarın 1-dək uzadılıb.

Teqlər: