Şimali Koreyanın bir neçə min əsgəri Ukrayna Silahlı Qüvvələrini Kurskdan çıxarmaq üçün döyüşə cəlb olunub.
AzerTimes xəbər verir ki, bu barədə “Nyu York Tayms” Ukrayna və ABŞ rəsmilərinə istinadən məlumat yayıb.
Bildirilib ki, Şimali Koreyanın ilk əsgərləri çərşənbə günü Kursk bölgəsinə gəlməyə başlayıb və bazar ertəsinə (28 oktyabra) qədər 5000-ə yaxın koreyayalı əsgərin orada toplanacağı gözlənilir.
Eyni zamanda, qeyd olunub ki, bu qoşunlar Koreya Xalq Ordusunun elit bölməsinin bir hissəsidir. Onlar Vladivostokdan İl-76 təyyarələri ilə Rusiyanın qərbindəki hərbi aerodromlara aparılır, sonra isə döyüş bölgəsinə göndərilir.