Rusiyanın Ukraynada döyüşmək üçün guya Şimali Koreyadan könüllü toplaması ilə bağlı yayılan məlumatlar yalandır.
AzerTimes xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
“Başqa yerdən könüllü dəvət etməyə ehtiyacımız yoxdur. Bu gün səhərə olan məlumata görə, artıq Vətənin, Rusiyanın maraqları uğrunda həyatlarını qurban verməyə hazır olan 300 min nəfərlə müqavilə imzalanıb”, – Putin bildirib.