ABŞ Şimali Koreya əsgərlərinin Rusiya üçün döyüşməsi ilə bağlı yayılan xəbərlərdən narahatdır.
AzerTimes xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Şon Savet deyib.
“Belə bir addım həm də Ukraynaya qarşı amansız müharibəsində ciddi itkilər verməyə davam edən Rusiya üçün ümidsizliyin yeni səviyyəsi demək olardı”, – sözçü bildirib.
Qeyd edək ki, Rusiyanın şimali koreyalılardan ibarət 3 min nəfərlik xüsusi Buryat batalyonu yaratdığı bildirilir. Hətta bu batalyonun Kurskda döyüşlərə də cəlb edildiyi haqda informasiyalar var.