Cənubi Koreya Ukraynaya 2,9 milyard dollar dəyərində silah tədarük edəcək.
AzerTimes xəbər verir ki, bu barədə “Mladá fronta DNES” qazeti məlumat yayıb.
Məlumata görə, söhbət aşağı hündürlükdə uçan təyyarələrin hücumlarını dəf etmək üçün istifadə olunan “Çiron” zenit-raket kompleksləri və döyüş sursatlarından gedir.
Silah Çexiya silah şirkətlərindən birinin ünvanına gedəcək, daha sonra hədiyyə olaraq Ukraynaya göndəriləcək.