Koreya prezidenti xalqdan üzr istədi

Koreya prezidenti xalqdan üzr istədi

Cənubi Koreya Prezidenti Yun Sok Yol paytaxt Seulun mərkəzində izdiham nəticəsində 156 nəfərin ölümünə görə xalqdan üzr istəyib.

AzerTimes xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

“Təsviri mümkün olmayan faciə yaşayan qurbanların ailələrindən, bu ağrıya və kədərə şərik olan ölkədən üzr istəyirəm”, – dövlət başçısı bildirib.

O qeyd edib ki, ölkənin təhlükəsizlik baxımından köklü dəyişikliklərə ehtiyacı var.

Prezident günahkarların məsuliyyətə cəlb ediləcəyinə və bu iş üzrə prosesin ictimaiyyətə açıq olacağına söz verib.

Teqlər: