“Qarabağ”la qarşıdakı matçda “Senderyuske” ilə görüşdə sərgilədiyimiz oyun səviyyəsini 1-ci dəqiqədən düz 90-cı dəqiqəyədək saxlamalıyıq”.
Bu sözləri “Kopenhagen”in baş məşqçisi Stal Solbakken Danimarka superliqasında “Senderyuske”yə 3:2 hesabı ilə qalib gəldikləri qarşılaşmadan sonra deyib. “Əgər belə olarsa, növbəti mərhələyə adlaya bilərik” – deyə o vurğulayıb.
Xatırladaq ki, “Kopenhagen” – “Qarabağ” matçı avqustun 23-də keçiriləcək. Bu komandaların Bakıdakı ilk oyununda Ağdam klubu 1:0 hesabı ilə qələbə qazanıb.