Ağdam. Trend:
Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) təşkilatçılığı ilə ölkəmizdə fəaliyyət göstərən bir sıra könüllü təşkilatlarının nümayəndə heyəti işğaldan azad olunmuş Ağdam şəhərində səfərdədir.
AzerTimes-ın Qarabağ bürosunun məlumatına görə, səfər iştirakçıları ilk olaraq Ağdamda Pənahəli xanın sarayının yerləşdiyi İmarət kompleksində, İmarət stadionunda olublar.
Burada Ermənistan tərəfindən törədiləb dağıntılar barəsində səfər iştirakçılarına məlumatlar verilib.