Könül Nurullayevanın Nizami rayon seçiciləri ilə görüşləri müntəzəm olaraq davam edir (FOTO)

Milli Məclisin Deputatı Könül Nurullayevanın Nizami rayon seçiciləri ilə görüşləri müntəzəm olaraq davam edir.

AzerTimes-ın məlumatına görə, iyulun 1-də millət vəkili K.Nurullayeva Nizami Rayon İcra Hakimiyyətinin aparatı və Rayon Təsərrüfatı Şöbəsinin Müdiri Tariyel müəllim ilə birgə R.Rüstəmov küçəsi 1,3,5, Məhsəti küçəsi 16, 22 və Ə.Əzimzadə küçəsi 16 ünvanlarında yaşayan Nizami rayon sakinləri ilə görüş keçirib və onların rastlaşdığı gündəlik problemlər ilə yaxından tanış olub.

Sakinləri narahat edən problemlərin aidiyyatı üzrə müvafiq qurumlara ünvanlanması üçün qeydiyyat aparılıb, bu və ya digər məsələlər ilə bağlı verdikləri suallar ətraflı cavablandırılıb və problemlərin həll olunması istiqamətində mövcud prosedur qaydaları izah edilib.

K.Nurullayevanın Deputat Qərargahından verilən məlumata görə, qaldırılan məsələlər əsasən yaşayış obyektlərinin çökmüş dam örtüklərinin bərpası, yaşayış binalarının cari təmirə ehtiyacı, həyətyanı sahələrdə təhlükəli ağac problemi və budanması vacib olan ağaclara aqrotexniki xidmətin göstərilməsi, yaşayış sahələrinin daxilində yerləşən yollarda nəqliyyat vasitələrinin sürətini azaltmağa köməklik edəcək tramplin kimi qurğuların təmin olunması, həyətyanı sahələrdə abadlıq işlərinin aparılması məqsədi ilə su təminatının zəruriyyəti və kanalizasiyaların təmizlənməsi ilə bağlı olub.


Səyyar görüş sonu sakinlər tərəfindən qaldırılan məsələlərə dair araşdırmanın aparılacağı və onların həlli istiqamətində müvafiq addımların atılacağı seçicilərin diqqətinə çatdırılıb.

Teqlər: