Milli Məclisin Deputatı Könül Nurullayeva, 13-17 iyul tarixlərində Montoneqro Respublikasının Parlamentində keçirilən Tolerantlıq və Sülh üçün Beynəlxalq Parlamentin 6-cı plenar sessiyasında iştirak edir. Tolerantlıq və Sülh üçün Beynəlxalq Şuranın Prezidenti Ahmed Aljarwan-nın rəhbərliyi altında keçirilən tədbirin bugünki iclasında Tolerantlıq və Sülh üçün Beynəlxalq Parlamentin komitələrinin yenidən formalaşması məsələsi gündəliyin əsas mövzularından biri idi. Təşkilatın Azərbaycandan seçilmiş parlament üzvü olan millət vəkili K.Nurullayeva Beynəlxalq Əlaqələr komitəsinin üzvü seçilib.
Tədbirin gündəliyində qeyd edilən əsas mövzular arasında üzv ölkələrdəki beynəlxalq sülhün, təhlükəsizliyin və əməkdaşlığın güclənməsi, tolerantlıq və sülh prinsiplərinin təşviqi və inkişafının vacibliyi, münaqişə zonalarında ekoloji terrora qarşı mübarizə kimi məsələlər yer almaqdadır.
Qeyd etmək lazımdır ki, bu tədbir ölkəmizin beynəlxalq gündəlikdə duran məsələlərin müzakirəsində nümayiş etdirəcəyi mövqeyi baxımından böyük əhəmiyyət kəsb edir.