Könül Nurullayeva seçicilərinin şikayətlərini dinləyib və müvafiq qurumlara ünvanlayıb (FOTO)

Millət vəkili Könül Nurullayeva Deputat Qərargahına həftə ərzində daxil olan 49 müraciətə əsasən növbəti vətəndaş qəbulunu keçirdib.

AzerTimes-ın məlumatına görə, deputat qəbul zamanı 11 vətəndaşla canlı və 1 nəfərlə isə onlayn formatda görüşərək, onların şikayət və problemləri ilə yaxından maraqlanıb.

Görüş zamanı qəbul iştirakçılarını ən çox narahat edən problemlər sırasında əlillik müavinətinin əsassız şəkildə kəsilməsi, bir valideynini itirmiş və digəri tərəfindən tərk edilmiş balaca qızın dövlət tərəfindən himayəyə götürülməsi, aztəminatlı ailələrin məişət problemləri və kredit mövzusunda vətəndaşın bankdan narazılığı ilə bağlı məsələlər başlıca yer alıb.

Deputat Könül Nurullayeva bütün vətəndaş bütün müraciətlərini qeydiyyata götürülüb və onların ən yaxın zamanda aidiyyatı üzrə müvafiq qurumlara ünvanlayacağını bildirib.

Teqlər: