Könül Nurullayeva seçiciləri ilə görüşüb (FOTO)

24 saylı Nizami birinci seçki dairəsi üzrə Milli Məclisin
deputatı Könül Nurullayevanın seçiciləri ilə keçirdiyi səyyar
görüşlər mütəmadi olaraq davam edir.

Deputat qərargahından AzerTimes-a verilən məlumata görə,
K.Nurullayeva budəfəki səyyar qəbulu zamanı Cəmşid Naxçıvanski 65A,
67 və 69 saylı məhəllələrdə yaşayan Nizami rayon sakinləri ilə
görüş keçirib, onların rastlaşdığı gündəlik çətinliklər ilə
maraqlanıb.

Sakinləri narahat edən problemlərin aidiyyəti üzrə müvafiq
qurumlara ünvanlanması üçün qeydiyyat aparılıb, bu və ya digər
məsələlər ilə bağlı verdikləri suallar ətraflı cavablandırılıb,
problemlərin həll olunması istiqamətində mövcud prosedur qaydaları
izah edilib.

Qaldırılan məsələlər əsasən vətəndaşın ünvanlı dövlət sosial
yardımını almaqla bağlı yaşadığı çətinlik, işlə təmin olunma,
məhəllədəki ağaclara aqrotexniki qulluğun göstərilməsi, binanın
zirzəmisinə axıdılmış kanalizasiya sularının təmizlənməsi, ordakı
elektrik naqillərinin yenidən quraşdırılması və s. bu kimi
məsələlərlə bağlı olub. Səyyar görüş sonunda sakinlər tərəfindən
qaldırılan məsələlərə dair araşdırmanın aparılacağı və onların
həlli istiqamətində müvafiq addımların atılacağı seçicilərin
diqqətinə çatdırılıb.

Teqlər: