Könül Nurullayeva Nizami rayonundakı məktəblərə baş çəkib (FOTO)

Milli Məclisin deputatı Könül Nurullayeva təmsil etdiyi Nizami
rayonunda yerləşən 214 saylı tam orta məktəbə və 220 saylı
məktəb-liseyə baş çəkib, direktorları Fəttah Fettayev və Lətifə
Əzizova ilə görüş keçirib.

Deputat qərargahından AzerTimes-a verilən məlumata görə, belə ki,
214 saylı tam orta məktəbi ziyarəti çərçivəsində deputat Könül
Nurullayeva direktor Fəttah Fettayev ilə birgə məktəbdə yaradılmış
təhsil şəraitindən, tədris ocağının iştirak etdiyi pilot
layihələrdən, eləcə də təhsilin idarəedilməsi və tərbiyəvi işlərin
aparılması ilə bağlı görülən işlərdən bəhs ediblər.

Direktor bildirib ki, 1963-cü ildə yaradılan məktəbi bitirən
gənclərin böyük əksəriyyəti ali məktəblərə qəbul imtahanlarında hər
zaman yüksək bal toplayıb, eyni zamanda təhsil ocağı 2008-2009-cu
tədris ilində ölkə üzrə “İlin ən yaxşı məktəbi” adına layiq
görülüb.


Millət vəkili Könül Nurullayevanın 220 saylı məktəb-liseyi
ziyarəti çərçivəsində isə direktor Lətifə Əzizova rəhbərlik etdiyi
tədris ocağının rayonumuzda öz ənənələri və uğurları ilə tanınan ən
qabaqcıl təhsil ocaqlarından biri olduğundan söz açıb. Vurğulanıb
ki, məktəb-liseyin əsas vəzifəsi şagirdlərə elmin əsaslarını yüksək
səviyyədə öyrətmək, milli mənəviyyatlı şəxsiyyətin yetişdirilməsinə
xidmət etmək, eləcə də müstəqil Azərbaycanın inkişafı naminə
fədakarlıqla çalışan ləyaqətli vətəndaş tərbiyə etməkdir.

K.Nurullayeva isə öz növbəsində 214 saylı tam orta məktəbin və
220 saylı məktəb-liseyin rəhbərliyinə, o cümlədən müəllim heyətinə
məsuliyyətli fəaliyyətlərində bol-bol nailiyyətlər arzu edib.

Teqlər: