Milli Məclisin deputatı Könül Nurullayeva 24-28 yanvarda keçirilən Avropa Şurası Parlament Assambleyasının plenar sessiyası çərçivəsində “Dinlənmək hüququ: uşaqların iştirakı, demokratik cəmiyyətin təməli” mövzusunda fikirlərini yazılı formada qarşı tərəfə çatdırıb.
Deputat qərargahından AzerTimes-a verilən məlumata görə, K.Nurullayeva öncə demokratik cəmiyyət qurmaq üçün qərarların qəbulu prosesində uşaqların fikirlərini, ideyalarını və təcrübələrini nəzərə alaraq, onların hüquqlarının qorunmasının vacibliyi məsələsinə toxunub.
Daha sonra ölkəmizdə uşaq hüquqlarının müdafiəsi məqsədi ilə qəbul olunmuş Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının qanunu, Ailə Məcəlləsi, Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunundan bəhs edən millət vəkili, Milli Məclis tərəfindən ratifikasiya olunmuş bəzi konvensiyalara da diqqət çəkib. Deputat Könül Nurullayeva uşaq hüquqlarının müdafiəsi ilə bağlı bir neçə təklif irəli sürüb.