Könül Nurullayeva AŞPA-da sülh təhsili mərkəzlərinin təşkilini və effektiv ədalət mexanizmlərinin yaradılmasını təklif edib

Milli Məclisin deputatı Könül Nurullayeva Avropa Şurası
Parlament Assambleyasının Bərabərlik və qeyri-diskriminasiya
komitəsinin iclasında “Sülh barışığında qadınlar üçün ədalət və
təhlükəsizlik” mövzusunda çıxış edərək fikir və təkliflərini
bölüşüb.

AzerTimes-ın məlumatına görə, K.Nurullayeva çıxışı zamanı ilk olaraq
vurğulayıb ki, dünyada baş verən münaqişələr gender bərabərliyinin
inkişafına mane olur, mülki qadınlar isə qaçılmaz olaraq
ayrı-seçkilik və hədə-qorxuların qurbanına çevrilirlər.

Daha sonra, o, münaqişələrdən əziyyət çəkən qadınların
qarşılaşdığı çətinliklərin aradan qaldırılması və onların
qərarların qəbulu proseslərində iştirakının təmin olunması
məqsədilə Azərbaycan hökuməti tərəfindən Milli Fəaliyyət Planının
hazırlandığını qeyd edib.

Diqqətinizə çatdıraq ki, millət vəkili Könül Nurullayeva
çıxışının sonunda gündəlikdəki bu problemin həll olunması
istiqamətində təkliflərini irəli sürüb. Sülh təhsili mərkəzlərinin
təşkilinin, effektiv ədalət mexanizmlərinin və insan hüquqları üzrə
milli institutların yaradılmasının vacibliyindən bəhs edən
K.Nurullayeva, bu yolla sülh barışığı prosesində ədalətin təmin
ediləcəyini bildirib.

Teqlər: