Könül Nurullayeva 3 nömrəli Respublika xüsusi internat məktəbini ziyarət edib

Xəbər - Elçin Mehdiyev – Trend:

Milli Məclisin deputatı Könül Nurullayeva Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinə baş çəkib, direktor Bahar Kərimova ilə görüş keçirib.

Deputat qərargahından AzerTimes-a verilən məlumata görə, millət vəkili qeyd edib ki, həssas qrupa aid olan uşaqlar dövlətimiz tərəfindən daim diqqət mərkəzində saxlanılır, onların özlərini inkişaf etdirməsi və inklüziv cəmiyyətdə böyüməsi üçün lazımi tədbirlər görülür.

K.Nurullayeva, həmçinin 3 nömrəli Respublika xüsusi internat məktəbinin rəhbərliyinə və müəllim heyətinə burada uşaqlar üçün yaradılan şəraitə görə təşəkkürünü çatdırıb, onlara bundan sonrakı fəaliyyətlərində yeni-yeni nailiyyətlər əldə etməyi arzulayıb.


Nəzərinizə çatdıraq ki, Nizami rayonunda yerləşən internat məktəbi 1969-cu ildən fəaliyyət göstərir və hal-hazırda burada eşitmə, görmə və əqli məhdudiyyətli 612 şagird təhsil almaqdadır. Məktəbin şagirdləri rəsm, rəqs, idman və s. bu kimi sahələr üzrə respublika səviyyəsində keçirilən yarışlarda hər zaman ilk sıraları tutmuş, eləcə də Paralimpiya Oyunlarında bir qızıl medal qazanmışdır.

Teqlər: