“Kontakt” mağazalar şəbəkəsində “Şeş-Qoşa” sevinci davam edir. Belə ki, artıq ənənə halını almış bu kampaniyada bugünədək tam 49 715 manat məbləğində uduş olub.
Bu o deməkdir ki, artıq minlərlə “Kontakt” alıcısı “şeş” ataraq məhsulunun 100%-dək dəyərini geri qazana bilib. Üstəlik, kampaniyanın əsas prizi – “Toyota Corolla Cross” avtomobilinin sahibi olmağa namizəd artıq 7 finalçı var!
Üç həftədir davam edən “Şeş-Qoşa” kampaniyasının builki şanslı finalçılarından biri Mirpaşazadə Lütfiyyə öz təəccüb və sevinc qarışıq hislərini bizə belə ifadə etdi:
“Kontakt”ın Gənclik Mall mağazasının müştərisiyəm. Yaxında ailə həyatı quracam, əşyalarımı yavaş-yavaş alıram. Neçə vaxtdır robot tozsoran almaq istəyirdim. Baldızım dedi ki, mən ötən il “Kontakt”dan birini almışam, əladır, gedək eynisidən sən də götür. Baxmayaraq ki, illərdir evimizə, özümə lazım olan hər şeyi buradan alıram, ilk dəfədir “Şeş-Qoşa”da iştirak edirdim. 3 dəfə dalbadal şeş atdım, mənə dedilər ki, finalda da şeş-qoşa atsam, avtomobil qazanacam. Ümid edirəm ki, avtomobili qazanaram. Təsadüfdən elə keçən ay sürücülük vəsiqəsi almışam…”
Qeyd edək ki, kampaniya hələ davam etdiyindən zər oyununda şansınızı sınayıb, siz də finalçılar siyahısına adınızı yazdıra bilərsiniz. Bunun üçün istənilən “Kontakt” mağazasına yaxınlaşırsınız və:
– Şeş ataraq aldığınız məhsulun 100%-dək dəyərini geri qazanırsınız;
– Şeş-qoşa ataraq isə 2024 model “Toyota Corolla Cross” avtomobilinin sahibi olursunuz.
Kampaniyada iştirak nağd, “6 dəfəyə ödə” və hətta kredit alışlarına şamil olunur.
Ətraflı məlumat üçün bu keçidə daxil ola, mağazaları isə buradan təyin edə bilərsiniz.