“Kontakt”ın “Şeş-qoşa” kampaniyasında 42 458 manat uduldu

“Kontakt”ın “Şeş-qoşa” kampaniyasında 42 458 manat uduldu

“Kontakt” mağazalar şəbəkəsinin elan etdiyi “Şeş-qoşa” kampaniyasının cəmi 10 gündür başlamasına rəğmən, artıq müştərilər ümumilikdə 42 458 manatlıq uduş qazanıblar.

Elektromobil qazanmaq şansı isə növbəti həftəyə qalıb. Belə ki, ötən şənbə kampaniyanın birinci həftəsinin finalı keçirilib. Kampaniyada iştirak edərək final mərhələsinə yüksələn ilk 3 nəfər super priz – Volkswagen ID.4 elektromobilini qazanmaq üçün son dəfə zər atıblar. 6/1, 5/3, 3/1 kombinasiyaları ilə elektromobilə çox yaxın olsalar da, “şeş qoşa” (6/6) ata bilmədiklərinə görə aldıqları məhsulun 100% məbləğində uduş ilə kifayətləniblər.

Qeyd edək ki, yeni həftənin finalında iştirak edəcək 2 nəfər artıq var və onların sayı həftə sonunadək arta bilər. Siz də adınızı bəxtigətirənlər siyahısına yazdırmaq istəyirsinizsə, vaxt itirmədən istənilən “Kontakt Home” və ya “Kontakt Smart” mağazasına yaxınlaşın, nağd, “3 dəfəyə ödə” və ya kredit şərti ilə hər hansısa məhsulu alın. Elə mağazadaca, “Şeş-Qoşa” stendində bəxtinizi sınayıb:

  • “Şeş” ataraq aldığınız məhsulun dəyərini 100%-dək geri alın;
  • Ən əsası isə, şeş-qoşa ataraq, Volkswagen ID.4 elektromobilini pulsuz aparın!

“Şeş-Qoşa” kampaniyasının budəfəki super prizi 100% elektriklə çalışan, “İlin avtomobili” seçilən Volkswagen ID.4-dür.

Odur ki, “Kontakt”ın sevindirdiyi on minlərlə insandan biri olmaq üçün vaxt itirmədən sizə ən yaxın “Kontakt” mağazasına tələsin.

Bəzən fələyin üzümüzə gülməsi üçün zər atmaq kifayətdir. Azərbaycanda ilk dəfə elektromobil uduşunu qazanmaq şansı öz əlinizdədir.

Kampaniya haqqında detallı məlumatı buradan əldə etmək mümkündür.

İndi isə birinci həftənin finalından olan həyəcanlı anları sizinlə bölüşürük: VİDEO

Teqlər: