“Kontakt” mağazalar şəbəkəsinin elan etdiyi “Şeş-qoşa” kampaniyası bütün həyəcanı ilə davam edir.
AzerTimes xəbər verir ki, artıq minlərlə “Kontakt” müştərisi kampaniyada iştirak edərək aldıqları məhsulun 100%-dək dəyərini geri qazanıblar. Superpriz “Volkswagen ID.4” elektromobili isə ilk sahibini tapıb. Belə ki, Qəbələ rayonundan olan Gülarə Cəlalova ötən həftənin finalında “şeş-qoşa” ataraq elektromobil qazanıb. Ümumilikdə kampaniya çərçivəsində 220 352 manatlıq uduş əldə olunub.
Ötən şənbə daha 4 nəfər həftənin finalına yüksəlib. Finalçılar “Volkswagen ID.4” uğrunda son dəfə zər atıblar. Onlar 6/5, 5/4, 3/2 və 2/1 kombinasiyaları ilə elektromobilə çox yaxın olsalar da, “şeş qoşa” (6/6) ata bilmədiklərinə görə aldıqları məhsulun 100% məbləğində uduş ilə kifayətləniblər.
Siz də adınızı bəxtigətirənlər siyahısına yazdırmaq istəyirsinizsə, kampaniya bitmədən istənilən “Kontakt” mağazasına yaxınlaşın, nağd, “3 dəfəyə ödə” və ya kredit şərti ilə hər hansısa məhsulu alın. Elə mağazadaca, “Şeş-Qoşa” stendində bəxtinizi sınayıb:
– “Şeş” ataraq aldığınız məhsulun dəyərini 100%-dək geri alın;
– Ən əsası isə, şeş-qoşa ataraq, Volkswagen ID.4 elektromobilini pulsuz aparın!
Bəzən fələyin üzümüzə gülməsi üçün zər atmaq kifayətdir. Azərbaycanda ilk dəfə elektromobil uduşunu qazanmaq şansı öz əlinizdədir.
Kampaniya haqqında detallı məlumatı buradan əldə etmək mümkündür.