“Kontakt”ın Şeş-qoşa kampaniyası: növbəti elektromobillər uduldu

“Kontakt”ın Şeş-qoşa kampaniyası: növbəti elektromobillər uduldu

“Kontakt” mağazalar şəbəkəsinin minlərlə ailəyə sevinc daşıyan “Şeş-qoşa” kampaniyası bol uduşları ilə hələ də davam edir.

AzerTimes xəbər verir ki, kampaniya çərçivəsində udulan elektromobillər isə yaxın günlərdə öz bəxtəvər sahiblərinə təqdim olunublar.

Belə ki, elektromobilin ilk qalibi “Kontakt”ın Qəbələ mağazasına soyuducu almaq üçün gələn Gülarə Cəlalova idi. Gülarə xanım həm məhsul dəyərinin 100%-i geri almış, həm də həftənin finalında “Şeş-qoşa” ataraq elektromobil qazanmışdı.

“Kontakt”ın daimi müştərisiyəm. Əvvəl də ordan qabyuyan, ütü, tava və s. almışam. Bu dəfə qızıma cehiz üçün soyuducu alırdım. Əllərimi açıb dua etdim və 3 dəfə şeş (altı), finalda isə şeş-qoşa atdım. Ağlıma gəlməzdi ki, avtomobil qazanaram. Dualarım eşidildi. Ailəlikcə çox sevindik. Elə maşını da ailəvi olaraq istifadə edəcəyik”.

Elektromobilin digər şanslı qalibi isə Bakı sakini Elvin Həsənov olmuşdur. Şanslı qalib şəbəkənin “Ayna Sultanova” mağazasına “PlayStation 5” almaq üçün gəlib və Gülarə xanım kimi həftənin finalına vəsiqə əldə edib. Finalda isə dostunun “Şeş-qoşa” atması ona elektromobil qazandırıb.

“Kontakt”ın Ayna Sultanova mağazasına “PlayStation 5” almaq üçün gəlmişdim. Dostum da yanımda idi. Elə zərləri də mənim yerimə o atdı. Çox sevinirəm. Maşını dostumla növbəli sürəcəyik”.

Siz də adınızı bəxtigətirənlər siyahısına yazdırmaq istəyirsinizsə, kampaniya bitmədən istənilən “Kontakt” mağazasına yaxınlaşın, nağd, “3 dəfəyə ödə” və ya kredit şərti ilə hər hansısa məhsulu alın. Elə mağazadaca, “Şeş-Qoşa” stendində bəxtinizi sınayıb:

“Şeş” ataraq aldığınız məhsulun dəyərini 100%-dək geri alın;

Ən əsası isə, şeş-qoşa ataraq, “Volkswagen ID.4” elektromobilini pulsuz aparın!

Bəzən fələyin üzümüzə gülməsi üçün zər atmaq kifayətdir. Azərbaycanda ilk dəfə elektromobil uduşunu qazanmaq şansı öz əlinizdədir.

Kampaniya haqqında detallı məlumatı buradan əldə etmək mümkündür.

Teqlər: