“Kontakt”ın “Şeş at, 10 QATINI geri al” kampaniyası: 35 min uduldu

“Kontakt”ın “Şeş at, 10 QATINI geri al” kampaniyası: 35 min uduldu

Cəmi 3 günə 35 min manat uduş? Bəlii, bu həqiqətdir. “Kontakt” mağazalar şəbəkəsi cəmi 3 gündür başlatdığı “Şeş at, 10 Qatını geri al” kampaniyası ilə 100-lərlə insanın evinə əsl bayram sevincini daşıya bilib. Belə qısa vaxtda ŞEŞ atıb aldığı məhsulun 10%-i, 100%-ni, vəə 3 QATINI geri alan bəxtəvərlər var. Gəlin onların bəziləri ilə tanış olaq:

Hüseynova Mehri 3 QAT qazanan: “Özüm evdar xanımam, 41 yaşım var. Düzü inanmırdım nəsə belə bir uduş olar. Ukrayna Dairəsindəki “Kontakt Home” dan 460 manata Note 11 alıb, sonra zər atdım. Adi vaxtda zər atsam 3 dənə altı düşməz heç vaxt. Amma indi şans idi atdım, düşdü. Dedilər ki, ödədiyin məbləğin 3 qatını qazanmısan, o pula yenə nəsə ala bilərsən. Sağ olsun “Kontakt”.

Əliyeva Siyasət məhsul dəyərinin 100%-ni qazanan: “Bu yaxınlarda ailəmizdə xeyir iş olacaq. Elə ona görə gəlmişdik Gəncə Mall-dakı “Kontakt Home” a. Birinci dəfə idi gəlirdik, o da bəxtimiz yağ kimi getdi) Zər atdıq şeş-qoşa düşdü. Hardasa 4 minə kimi məbləğ bizə geri qayıtdı. Udduğumuz o pula da əlavə cehizlik mal götürdük. Televizor, soyuducu, tozsoran, soba bir sözlə də, hər şeyi ordan aldıq. Hamıya məsləhət görürəm ki, gedib şansını yoxlasın”.

Abdulxaliqov Qahir məhsul dəyərinin 100%-ni qazanan: “Mən bu günə kimi belə şey görməmişdim. “Kontakt”dan Samsung paltaryuyanı götürdüm. Alandan sonra 2 dənə zər atdım, şeş-qoşa düşdü. Uduş düşəndə gözlərimə inana bilmədim. Evdə soyuducumuz köhnə idi. 1300 manatlıq soyuducu aldım. Bizə bayram qabağı əsl hədiyyə oldu”.

Tağıyev Əmiraslan məhsul dəyərinin 100%-ni geri qazanan: “Əvvəllər sosial şəbəkələrdə görmüşdüm zər atırlar, nəsə udurlar filan. Fikirləşirdim 1000-dən 1 adam ola ki bəxti gətirə. Samsung A73 götürdüm. Sonra zər atdım. Deyirdim alınmaz, olmaz. Amma oldu. Xərclədiyim 1300 manat geri qayıtdı. Çox sevinirəm. Qabyuyan alacağıq həmin pula”.

Siz də yanvarın 15-dək “Kontakt” mağazalarına gəlib bəxtinizi öz əllərinizlə yaza, şeş atıb aldığınız məhsul dəyərinin düz 10 qatını geri ala bilərsiniz. Kampaniya haqda ətraflı məlumat üçün keçidə daxil olun və ya *6060 Çağrı Mərkəzi ilə əlaqə saxlayın.

İndi isə sevinc dolu anları gəlin birlikdə izləyək:

Teqlər: