“Kontakt” mağazalar şəbəkəsinin dəstəyi və “FemTech” platformasının təşkilatçılağı ilə “Her Improvement” proqramının iyul və avqust ayları üzrə beşinci – inkubasiya mərhələsi uğurla yekunlaşıb.
AzerTimes xəbər verir ki, layihənin bu mərhələsində iştirakçılar komanda olaraq mentorlarla görüşüb biznes və proqramlaşdırma üzrə suallarını ünvanlayıb və startaplarının bazara uyğunlaşmış formada hazırlanmasına çalışıblar. Eyni zamanda bu mərhələdə komandalar ölkənin uğurlu startapları olan “PayRiff”, “Safavy”, “Taskilled” startaplarının həm-təsisçiləri ilə görüşüb onların real təcrübələrindən yararlanaraq öz ideyaları üçün tövsiyələr əldə ediblər.
Qeyd edək ki, “Kontakt”ın dəstək olduğu “Her Improvement” layihəsinin əsas məqsədi 12-16 yaşlı yeniyetmə qızlara təşəbbüskarlıq, sahibkarlıq, innovasiya, biznes, startap və netvörkinq mövzularında bilik və bacarıqlar qazandırmaq, bununla da Azərbaycanda qadın sahibkarlığını inkişaf etdirmək və ölkədə olan qadın startap-innovativ biznes təsisçilərinin sayını artırmaqdır.
Sentyabr ayına təsadüf edəcək proqramın final mərhələsində startapların təqdimatının keçirilməsi gözlənilir.
Xatırladaq ki, hər zaman sosial məsuliyyət fəaliyyəti ilə seçilən “Kontakt” “Qadınlar İnkişafı Proqramı”na sadiq qalaraq bu istiqamətdə davamlı layihələr həyata keçirir.
Hazırda şəbəkənin Azərbaycan üzrə ümumilikdə 33 mağazası, Gürcüstanın paytaxtı Tbilisidə 2, eləcə də kontakt.az və kontakt.ge onlayn mağazaları fəaliyyət göstərir. Sizə ən yaxın mağazanı buradan tapa bilərsiniz.