“Kontakt”dan Zəfər Gününə özəl 24 ayadək faizsiz kampaniya

“Kontakt”dan Zəfər Gününə özəl 24 ayadək faizsiz kampaniya

“Kontakt”da Zəfər Gününə özəl hamının evinə sevinc gətirəcək kampaniya başladı. Bu gündən noyabrın 12 -dək “Kontakt” mağazalarına gəlib olduqca sərfəli hissəli alış şərtlərindən yararlana bilərsiniz.

Belə ki, artıq smartfon və notbukları ilkin ödənişsiz, 12 ay faizsiz, qulaqlıqsmart saatları ilkin ödənişsiz, 18 ay faizsiz, televizor, məişət texnikası, ev tekstili, qab-qacaqları 18, mebelləri isə 24 aylıq ilkin ödənişsiz, faizsiz, üstəgəl komissiyasız imkanlarla əldə etmək mümkün olacaq.

İndi isə gəlin kampaniyanın önə çıxan bir sıra təkliflərinə nəzər salaq. Məsələn:

  • 81 sm ekranlı, smart Toshiba televizorunu ilkin ödənişsiz, 18 ay faizsiz və komissiyasız ayda 33 manat, 34 qəpiyə;
  • 2800 Vt gücü olan buxarlı Braun ütüsünü ilkin ödənişsiz, faizsiz və komissiyasız 18 aya, ayda 10 manata;
  • 128 GB yaddaşlı, Xiaomi Redmi Note 12 smartfonunu xüsusi təkliflə ilkin ödənişsiz, 24 aya, ayda 24 manata;
  • 6 kq-lıq Samsung paltaryuyanını xüsusi təkliflə ilkin ödənişsiz, 30 aya, ayda cəmi 39 manata;
  • Yataq mexanizmli və bazalı Torino künc divanını isə xüsusi təkliflə ilkin ödənişsiz, 30 ay faizsiz və komissiyasız ayda cəmi 20 manata ala bilərsiniz.

Odur ki, Zəfər Gününə özəl sərfəli imkanların heç birini əldən verməyin deyirik. Ətraflı məlumat üçün *6060 Çağrı Mərkəzi ilə əlaqə yarada bilərsiniz.

“Kontakt” bütün xalqımızı qarşıdan gələn Zəfər Günü bayramı münasibətilə ürəkdən təbrik edir!

Teqlər: