“Kontakt”da “8 Mart”a özəl xüsusi kampaniya

“Kontakt”da “8 Mart”a özəl xüsusi kampaniya

“Kontakt” mağazalar şəbəkəsi hamının mart ayında səbrsizliklə gözlədiyi kampaniyaya start verdi. Elə bu gündən martın 10-dək “8 Mart”a özəl “Qayğını paylaş” adlı kampaniya çərçivəsində nağd alışda 50%-dək endirimlərdən yararlana bilərsiniz. Kampaniyanın eksklüziv şərti isə “indi al, 3 ay sonra ödəməyə başla” imkanıdır.

Belə ki, bu gündən etibarən smartfon, notbuk və planşetləri hissəli alış zamanı ilkin ödənişsiz, 18 ay faizsiz şərtlərlə alıb, aylıq ödənişə 3 ay sonra başlaya bilərsiniz. Bundan başqa qulaqlıq və smart saatları ilkin ödənişsiz, 18 ay faizsiz, televizor, məişət əşyaları, qab-qacaq, ev tekstili və mebelləri isə 24 ay ilkin ödənişsiz, faizsiz şərtlərlə almağınız mümkündür.

Bütün kampaniya imkanları eyni zamanda kontakt.az onlayn mağazasında da keçərlidir. İndi isə sizi çox intizarda saxlamadan qayğınızı paylaşa biləcəyiniz təklifləri diqqətinizə çatdırırıq. Beləliklə:

Maksimal dərəcəsi 230 °C olan, 6 rejimdə çalışa bilən Philips ütü fenini nağd alışda 120 yox, 50% endirimlə cəmi 60 manata;

11 parçalı, Schafer-in ağ rəngli cehiz dəstini 400 yox, cəmi 200 manata;

1900 Vt gücü olan Philips tozsoranını 500 yerinə, cəmi 300 manata;

Hissəli alış zamanı isə:

256 GB yaddaşlı Xiaomi Redmi Note 13 smartfonunu xüsusi təkliflə ayda cəmi 29 manata;

109 sm ekranlı, 4k özəllikli Toshiba televizorunu isə ayda cəmi 37 manata ala bilərsiniz.

Odur ki, bayramı yaxşı mənada bəhanə edib ətrafınızdakı və həyatınızdakı xanımlarla qayğınızı paylaşa bilməyiniz üçün şəbəkənin yaxınlıqda yerləşən mağazasına üz tutun.

“Kontakt” qarşıdan gələn “8 Mart Beynəlxalq Qadınlar Günü” münasibətilə bütün xanımları ürəkdən təbrik edir!

Teqlər: