Zəfər Günü ərəfəsində qürurverici addım Azərbaycanın ən böyük pərakəndə satış şəbəkələrindən biri olan “Kontakt” mağazalar şəbəkəsindən gəldi. Aktiv vətənpərvərlik fəaliyyəti ilə seçilən şəbəkə bu dəfə də “Qarabağ Proqramı”na sadiq qalaraq doğma yurdlarına qayıdan Zəngilan rayonu, Ağalı kənd sakinlərinin sevincinə sevinc qatıb.
AzerTimes xəbər verir ki, “Kontakt” nümayəndələri Ağalı kənd sakinlərinin evlərini ziyarət edib və öz doğma kəndlərinə qayıdan 66 ailənin hər birinə onların təməl ehtiyaclarına uyğun dəyərli məişət əşyaları hədiyyə edib:
“Əgər 2 il əvvələ qədər Qarabağa gəlmək, Qarabağa onun həqiqi sakinlərinin qayıtmağı xəyal kimi görünürdüsə bu gün biz Zəngilanda o xəyalları yaşayırıq. Nə xoş təsadüf ki, məhz bu gün Ağalı kəndinin işğaldan azad olunduğu tarixə təsadüf edir. Bizim şəbəkənin sloqanı “Kontakt sevindirir”di. Biz getdiyimiz hər yerə sevinc daşımağı özümüzə missiya seçmişik. Ümid edirik ki, Ağalı kəndinin sakinlərinə gətirdiyimiz sovqatlar da onların gündəlik həyatlarını asanlaşdıracaq və həyatlarına sevinc qatacaq.” – bu sözləri “Kontakt”ın İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Vəfa Rüstəmova bildirib.
Zəngilan sakinləri də 30 illik böyük həsrətin xoşbəxt sonluğunu fərəh dolu hislərlə ifadə ediblər. Onlar həm Ağalıya qayıtmaqlarını, həm də “Kontakt”ın təqdirəlayiq jestini xoş emosiyalar ilə dilə gətirərək təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, “Kontakt” mağazalar şəbəkəsi illərdir ki, “Qarabağ Proqramı” çərçivəsində aktiv vətənpərvərlik layihələri həyata keçirir. Proqram çərçivəsində “Vətən müharibəsi” və son sentyabr hadisələri şəhidlərinin, eləcə də onların ailə üzvlərinin şirkətə olan kredit borcları ləğv edilib. Bu silinmə eyni zamanda əmək qabiliyyətini itirmiş qazilərimizə və onların ailə üzvlərinə də şamil olunub. İndiyədək “Qarabağ Proqramı” çərçivəsində həyata keçirilən vətənpərvərlik layihələrinə bir milyon manatdan artıq vəsait cəlb olunub.
Şəbəkənin vətənpərvərlik missiyası bu gün də davam edir. Bu missiya ilə “Kontakt” hər kəsi Qarabağın dirçəldilməsində həmrəy və fəaliyyətdə olmağa çağırır.
Şəbəkə xalqımızı tarixi qələbəyə qovuşduran şəhidlərimizə Allahdan rəhmət arzu edir, qazilərimizin mərdliyi qarşısında baş əyir. Qarşıdan gələn Zəfər Günümüz mübarək!