Azərbaycanda Dünya Bankı Qrupunun “Business Ready” hesabatı üzrə tədqiqat əməkdaşlığı və ya konsorsium müqavilələrinin standart modeli hazırlanacaq.
AzerTimes xəbər verir ki, bu, hesabatın “Bazar rəqabəti” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsində öz əksini tapıb.
Məlumata görə, layihə iyulun 1-dək hazırlanaraq Elm və Təhsil Nazirliyi, Əqli Mülkiyyət Agentliyi, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə təqdim edilməlidir.
Bundan başqa, iyulun 1-dək açıq əldə edilə bilən (open access) və ya açıq mənbəli (open source) məlumat (kontent) anlayışları ilə bağlı layihə hazırlanacaq.
Müvafiq anlayışların qanunvericiliyə daxil edilməsi ilə bağlı layihə hazırlanaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Əqli Mülkiyyət Agentliyi və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə təqdim edilməlidir.