ABŞ konqresmenləri Ağ Evdən Rusiyanın Çinə Amerika silahları ilə mübarizə yolları haqqında məlumat verib-vermədiyini bildirməsini tələb ediblər.
AzerTimes xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.
Qanunvericilər Prezidentin milli təhlükəsizlik müşaviri Ceyk Sallivana məktub göndərərək, Çinin Rusiyanın ardınca ABŞ silahlarına, o cümlədən elektron müharibəyə qarşı mübarizəyə uyğunlaşa biləcəyini ifadə ediblər.
O da məlum olub ki, konqresmenlər Rusiya Silahlı Qüvvələrinin Qərb silahlarına uyğunlaşması ilə bağlı narahatlıqlarını ifadə ediblər. Onların fikrincə, bunun nəticəsində bəzi silah növlərinin effektivliyi azalıb.