Çin artıq raket və kosmik texnologiya sahəsində dünya lideridir və ABŞ-ın ixrac nəzarətini gücləndirməsi Çinin bu sahələrdə gələcək innovasiyalarına təsir göstərməyəcək.
AzerTimes xəbər verir ki, bu barədə amerikalı ekspertlərin Konqresə təqdim etdikləri hesabatda bildirilib.
Mütəxəssislər qeyd ediblər ki, adi ballistik, qanadlı və hipersəs raketlərinin çox böyük ehtiyatları artıq ABŞ qoşunlarının regionda fəaliyyət azadlığını məhdudlaşdırır.
Hesabatda deyilir ki, aşağı məhsuldar və ya kosmosa əsaslanan nüvə silahlarının mümkün inkişafı ABŞ-ı daha da çətin duruma salır.