Konqo Demokratik Respublikasının İturi əyalətində torpaq mübahisəsi səbəbindən silahlı toqquşma yaşanıb.
AzerTimes xarici mediaya istinadən xəbər verir ki, qarşıdurma nəticəsində 3-ü təhlükəsizlik işçisi olmaqla 12 nəfər ölüb.
Bundan əlavə, iki polis və iki əsgər itkin düşüb.
Bildirilir ki, hadisəyə səbəb iki kənddən hansının torpaq sahəsinə sahib olması ilə bağlı fikir ayrılığıdır.