Konqonun Djuqu bölgəsində məcburi köçkünlərin olduğu düşərgəyə silahlı hücum edilib.
AzerTimes xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.
Məlumata görə, hücum nəticəsində 23-ü uşaq olmaqla azı 46 nəfər həlak olub.
Yerli mənbələr cinayətkarların evləri yandıraraq mülki insanlara hücum etdiklərini, çox sayda insanın isə yanaraq öldüyünü bildiriblər.
Düşərgənin Birləşmiş Millətlər Təşkilatının Buledəki bazasından 5 kilometr aralıda olduğu açıqlanıb.