Konqoda Nyiraqonqo vulkanından lava axını Qoma şəhərinin hava limanına çatıb

Konqo Demokratik Respublikasının səlahiyyətliləri şənbə günü başlayan Nyiraqonqo vulkanının püskürməsi səbəbindən Qoma şəhərinin əhalisini təhliyə edirlər.

Trend TASS-a istinadən xəbər verir ki, Qoma şəhəri ölkənin şərq hissəsində, Ruanda ilə sərhəddə yerləşir və təxminən 2 milyon əhalisi var.

Vulkandan gələn lava axınının artıq şərq şəhərinin hava limanına çatdığı bildirilir.


Avropada olan ölkə prezidenti Feliks Çisekedi mövcud vəziyyətə görə səfərini dayandırıb və geri dönüb.

Xatırladaq ki, Nyiraqonqo Afrikanın Virunqa dağlarında aktiv və dünyanın ən təhlükəli vulkanlarından biridir. 2002-ci ildə Nyiraqonqonun son püskürməsi zamanı 250 nəfər ölüb, 120 min sakin evsiz qalıb.

Teqlər: