Konqonun Beni şəhərinin sakinləri ölkədə son Ebola epidemiyanın sona çatdığını elan etdikdən 5 ay sonra xəstəliyin yeni yayılması hadisəsinin təsdiqləndiyi xəbərini aldıqdan sonra narahatlıqlarını ifadə ediblər. Epidemiyanın son yayıldığı müddətdə altı nəfər həlak olub.
AzerTimes-ın məlumatına görə, bu barədə ABC News televiziya kanalı xəbər verib.
Ölkənin Səhiyyə Nazirliyi və Milli Biotibbi Araşdırmalar İnstitutundan verilən məlumata görə, təxminən 3 yaşında olan uşaq Ebola xəstəliyi simptomlarının aşkar edildikdən sonra Beni şəhərindəki Butsili xəstəxanasına göndərilib.
Uşaq oktyabrın 6-da vəfat edib. Virusa yoluxmasi lə bağlı testlərinin nəticələri müsbət çıxıb.